İsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olub

  • 18:00 - 25 Avqust

İsrailə məxsus bir qrup qırıcı təyyarə Livan paytaxtı və ölkənin cənub şəhərləri üzərindən uçuş həyata keçirib.

Bu barədə Beyrut beynəlxalq hava limanındakı mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"İsrail HHQ-yə məxsus dörd təyyarə Livanın hava məkanına soxulub. Biz onları Beyrut və Cənubi Livan üzərində uçarkən müşahidə etmişik", - deyə mənbə bildirib.

O qeyd edib ki, təyyarələr bir neçə manevr etdikdən sonra Livanın hava məkanını tərk ediblər.

 

 

 

report


Oxunma sayı: 5193

Oxşar yazılar