Kraliçadan şikayət: Tramp qazonumu məhv etdi

  • 15:34 - 25 Avqust

Böyük Britaniya kraliçası II Yelizaveta Avstraliya Baş naziri Skott Morrisona ABŞ Prezidenti Donald Trampdan şikayət edib.

Bu barədə “Sandey Tayms” yazıb.

Qəzetin yazdığına görə, kraliça Skott Morrisona deyib ki, Trampın helikopteri Bukingem sarayının qarşısındakı qazonu məhv edib.

“Mənim qazonuna baxın. O, tamam korlanıb”, - kraliça Morrisonla söhbətində deyib.

Qeyd edək ki, iyunun əvvəlində ABŞ Prezidenti Donald Tramp Britaniyaya səfər etmişdi. Səfər zamanı Trampın helikopteri Bukingem sarayı qarşısına gün ərzində iki dəfə enməyə məcbur olmuşdu.

 

 

axar.az


Oxunma sayı: 5292

Oxşar yazılar