Son iki gündə Braziliyadakı yanğınların sayı 1,5 mindən çox artıb

  • 12:29 - 25 Avqust

Mütəxəssislər cümə axşamı və cümə günlərində Braziliyada 1663 yeni yanğın ocaqları müəyyən ediblər. Onların yarısı Amazon meşəliklərində yerləşir.

Bu barədə “Comercio” nəşri Milli Kosmik Araşdırmalar İnstitutuna istinadən məlumat yayıb.

Bildirilir ki, il ərzində bütünlükdə Braziliyada 78,4 min meşə yanğınları baş verib ki, bu da 2013-cü ildən bəri ən pis göstərici hesab olunur.

Ölkə rəsmiləri beynəlxalq ictimaiyyətin qınaqlarından sonra yanğınlarla mübarizəyə ordu qüvvələri göndərib.

Avropa Şurasının prezidenti Donald Tusk öz açıqlamasında təşkilatın Amazoniyadakı yanğınlarla mübarizədə Braziliyaya maddi yardım göstərməyə hazır olduğunu bildirib.

 

 

apa


Oxunma sayı: 5259

Oxşar yazılar