“Liverpul” “Arsenal”ı məğlub edib

  • 25 Avq - 2019

Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun mərkəzi qarşılaşması keçirilib.

“Enfild” stadionunda “Liverpul” London təmsilçisi “Arsenal” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. “Arsenal”ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan “Liverpul” 9 xalla turnir cədvəlinin vahid lideri olub. “Arsenal” isə 6 xalla ikinci yerdədir.

 

 

 

trend


Oxunma sayı: 540

Oxşar yazılar