“Gecə parti"sində 52 nəfər saxlanıldı - İranda

  • 11:00 - 25 Avqust

İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari rayonunda qanunsuz gecə klubunda 52 nəfər saxlanılıb.

Bunu məlumatlı rəsmi Fars informasiya agentliyinə açıqlamasında deyib.

Rəsminin sözlərinə görə, saxlanılanlardan 29 nəfəri oğlan, 23 nəfəri isə qızdır.

Ötən həftə də Mazandaran vilayətinin Cuybar rayonunda şənlik sarayında 10 nəfər ictimai qaydalara riayət edilmədiyinə görə saxlanılıb.

İranda gecə klubları qadağandır. Şənlik mərasimləri isə İranın dini və ictimai qaydalarına əsasən təşkil olunmalıdır.

 

trend


Oxunma sayı: 4709

Oxşar yazılar