Sudanda sel və daşqınlar nəticəsində 60 nəfər ölüb

  • 10:36 - 25 Avqust

Sudanda iyul ayından davam edən leysan yağışlar nəticəsində azı 60 nəfər ölüb, 101 nəfər xəsarət alıb.

Bu barədə “Sınxua” agentliyi yerli qurumlara istinadən məlumat yayıb. Sudan Səhiyyə Nazirinin müavini Süleyman Adbud Cabbar bildirib ki, yağış və sel bütün ölkəni bürüyüb.

Sudanın Humanitar Yardım Komissiyası 194 min insanın leysan yağışlarının təsirinə məruz qaldığını və 37 mindən çox evin dağıldığını açıqlayıb.  

 

 

report


Oxunma sayı: 6238

Oxşar yazılar