“ABŞ-la Müştərək Hərəkat Mərkəzimiz tam tərkiblə fəaliyyətə başladı” - Hulusi Akar

  • 22:32 - 24 Avqust

Türkiyənin Müdafiə naziri Hulusi Akar Suriyada təhlükəsiz zona ilə bağlı ABŞ-la birgə tam tərkibdə ortaq fəaliyyətə başlandığını açıqlayıb.

Nazir Müştərək Hərəkat Mərkəzinin bu gün ilk olaraq ortaq vertolyot uçuşu həyata keçirildiyini bildirib.

H.Akar terrorçuların mövqe və istehkamlarının dağıdılmasına start veriləcəyini də sözlərinə əlavə edib.

APA


Oxunma sayı: 4929

Oxşar yazılar