Sumqayıtda şadlıq sarayı yanır

  • 22:10 - 24 Avqust

Sumqayıtda yanğın baş verib.

Hadisə şəhərin 17-ci məhəlləsində yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, sarayın binasında toy məclisi təşkil olunubmuş və yanğın da mətbəxin bacasından başlayıb. Binada olan bütün toy iştirakçıları təcili təxliyyə olunub.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

APA


Oxunma sayı: 3774

Oxşar yazılar