Rusiya AŞPA və ATƏT-də ABŞ-a qarşı aktivləşir

  • 19:35 - 24 Avqust

Rusiya ABŞ-ın silahlanma sferasında nəzarət sistemini dağıtması ilə bağlı məsələni ATƏT və AŞPA-da qaldırmaq niyyətindədir.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski deyib.

"Rusiya hər zaman dünyada stabillik və təhlükəsizliyin gücləndirilməsinin tərəfdarı olub. Rusiya ABŞ-ın silahlanma sferasında nəzarət sistemini dağıtması ilə bağlı məsələni ATƏT və AŞPA-da qaldırmaq niyyətindədir. Avropa ölkələrinin parlamentariləri öz mövqelərini açıq şəkildə bəyan etməli və növbəti raket böhranının qarşısını almaq bütün mümkün addımları atmalıdırlar. Bu bizim kollektiv məsuliyyətimizdir", - deyə o bildirib.

axar.az


Oxunma sayı: 5490

Oxşar yazılar