Belarus Rusiya ilə “birləşmə” proqramı hazırladı

  • 18:10 - 24 Avqust

Belarus hökuməti avqustun 27-də prezident Aleksandr Lukaşenkoya Rusiya ilə inteqrasiya proqramının layihəsini təqdim etməyi planlaşdırır.

Bunu jurnalistlərə açıqlamasında Belarus Baş naziri Sergey Rumas deyib. O iki ölkənin baş nazirinin yeni proqramı paraflaşdırmasından sonra layihənin ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Rumas bunun sayəsində ictimaiyyətdə suverenlik və digər təhlükələrlə bağlı mövcud olan sualların ortadan qalxacağını deyib.

Belarus baş naziri inteqrasiya proqramının yalnız iqtisadi sferaya aidiyyatı olduğunu və burada olan bəndlərin vahid bazarın mexanizmləri nəzərdə tutduğunu bildirib. Yeni proqramda həmçinin enerji daşıyıcıları üçün də eyni qiymətlərin müəyyən edilməsi barədə bəndin yer aldığı qeyd edilib.

Qeyd edək ki, Belarusla Rusiya 1999-cu ildən bu yana ittifaq dövlətində birləşiblər.

Bəzi Belarus ekspertləri yeni inteqrasiya proqramının Minskin suverenliyinin tam əlindən alınması üçün hazırlandığını iddia edirlər. Hökumət isə bu məsələdə tam əks mövqe tutur və bunun Belarusu daha da möhkəmləndirəcəyini iddia edir.

axar.az


Oxunma sayı: 4577

Oxşar yazılar