Ərdoğandan Klıcdaroğlunun gülünc açıqlamasına cavab : "Zavallı, Aralıq dənizinin şərqindəki 4 gəmimizi görmürsənmi?"

  • 16:06 - 24 Avqust

Türkiyənin Aralıq dənizinin şərqində olmadığını deyən zavallılar var. Amerika, Fransa, Qətər, İngiltərə varmış, amma sadəcə Türkiyə yox imiş, zavallı. Bizim Aralıq dənizinin şərqində qazma gəmilərimizin üzərindəki nəhəng bayrağımızı görməyəcək qədər yazıqsan."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Klıcdaroğlunun "Hər kəs ordaykən Türkiyə Araqlıq dənizinin şərqində niyə yoxdur" ittihamlarına cavab verərkən deyib. Ərdoğan bütün təzyiqlərə baxmayaraq ölkəsinin Aralıq dənizinin şərqində neft və qaz arama fəaliyyətlərini davam etdirəcəyini bildirib.

"Bizim qazma gəmilərimiz kirayə deyil, özümüzə aiddir. Oradakı bütün gəmilərimiz eyni şəkildə bizə aiddir. 4 gəmiylə oradayıq. Aralıq dənizinin şərqində Amerika varmış, Fransa varmış, Misir varmış, Qətər varmış, amma Türkiyə yox imiş. Sən orada bizim "Yavuz"umuzu görmürsənmi? "Barbaros Xeyrəddin"i görmürsənmi? Qazma gəmilərimiz, seysmik tədqiqat gəmilərimizi görmürsənmi? Təyyarələrimizə, hər şey özümüzlə oradayıq. Qərbi təhdid edir. Biz təhdid məhdidə qulaq asmırıq. Burada Türkiyənin haqqını sonuna qədər müdafiə edirik və müdafiə edəcəyik" - Ərdoğan belə deyib.

Qeyd edək ki, CHP sədri Kamal Kıcdaroğlu bir neçə gün öncə Türkiyənin Aralıq dənizinin şərqində olmadığını bildirərək, hökuməti ittiham etməsi Türkiyədə siyasətində gülüşlə qarşılanmışdı. Çünki, Türkiyə artıq aylardır Aralıq dənizinin şərqində 4 gəmi ilə neft və qaz arama fəaliyyətlərinə start verib. Bununla bağlı Yunanıstanın, yunan Kiprinin, ABŞ-ın sərt etirazları aylarla Türkiyə siyasətində gündəm olub. Hətta Avropa Birliyi Türkiyəni sanksiyalarla hədələyib, lakin Türkiyə geri çəkilməyib. Siyasi şərhçilər Klıcdaroğlunun baş verən bu olaylardan xəbərsiz olmasını təccüblə qarşılayırlar. 

Avropa.info


Oxunma sayı: 9428

Oxşar yazılar