Axtarışda olan 25 nəfər saxlanıldı - Kriminal xronika

  • 13:19 - 24 Avqust

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.


Oxunma sayı: 4951

Oxşar yazılar