Məşhur iş adamı restoranını təcili satışa çıxardı – Foto

  • 13:05 - 24 Avqust

İş adamı Füzuli Fərəcova məxsus Bakıxanov qəsəbəsində yerləşən məşhur “Mohito” restoranı satışa çıxarılıb.

Axar.az xəbər verir ki, iş adamına məxsus restoran və restoranın digər mərtəbələrində yerləşən "Pub", "Çay evi", "Karaoke klub", "Avto servis"in satışı ilə bağlı elan “Emlak.az” saytında yerləşdirilib.

Ümumi sahəsi 2500 kvadrat metr olan 4 mərtəbəli obyekt sahibi tərəfindən satışa təqdim edilib. Bu günə qədər icarədə olan obyekt hazırda bütün əşyaları ilə birgə satılır.

Obyektin 1-ci mərtəbəsi "Avto servis", 2-ci mərtəbəsi “Mohito” restoranı, "Çay evi" və "Pub", 3-cü mərtəbəsi restoran və "Karaoke klub" kimi istifadə edilir. Obyektin 4-cü mərtəbəsi isə ofis olub.

Bununla yanaşı, 4-cü mərtəbədə iki mühasibat otağı, namaz otağı, əlavə olaraq bir yataq otağı və yataq otağının daxilində sauna, cakuzi, duş kabinəsi var.

Əmlak sahibi elanda bildirib ki, obyekt təcili olaraq satılır. Əmlak üçün müəyyən edilən satış qiyməti isə 3 milyon manatdır.

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən məşhur “Paradise” klubu, Novxanıdakı “Kalyon” və “Texas” restoranları da hazırda satışa çıxarılan “Mohito” restoranının sahibi iş adamı F.Fərəcovun mülkləri arasındadır.

Yeri gəlmişkən xatırladaq ki, 2017-ci ilin may ayında F.Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcov idarə etdiyi "Porşe” markalı 99 BS 999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub, öldürmüşdü.

 


Oxunma sayı: 4753

Oxşar yazılar