Ukraynalı nazir Rusiyaya narkotik satmağı təklif etdi

  • 12:48 - 24 Avqust

Ukraynanın daxili işlər naziri Arsen Avakov maliyyə naziri Oksana Markarovaya polisin ələ keçirdiyi narkotiki Rusiyaya satmağı təklif edib.

Avropa.info xəbər verir ki, hadisə Ukrayna polisinin başçısı Sergey Knyazevin iclasda hesabat verməsi zamanı baş verib. Polis rəisi ilin əvvəlindən bu yana 5 tona yaxın narkotikin ələ keçirildiyini açıqlayıb.

Hesabatı dinləyən Avakov maliyyə nazirinə üzünü tutaraq ələ keçirilmiş narkotikləri satın almağı və pulları nazirliyə verməyi xahiş edib:

“Mən maliyyə nazirinə üzümü tuturam. Xahiş edirəm, bunların hamısını bizdən satın alın. Biz pul çox lazımdır. Müvafiq qanun qəbul edin. Mən sizə topdan verərəm. Çox xahiş edirəm. Rusiyaya göndərin, onlar orada XİN təyyarələri ilə narkotik alveri edirlər”.

Avakov bu sözlərlə Rusiyanın Argentinadakı səfirliyində külli miqdarda kokain partiyasının üzə çıxması ilə bağlı qalmaqaldan danışıb.

Maliyyə naziri Avakova gülümsəyərək, zarafatı qiymətləndirdiyini, lakin qanunvericiliyə dəyişiklik olmadan bunu edə bilməyəcəyini deyib.


Oxunma sayı: 4291

Oxşar yazılar