Tramp ikicə tvitlə ABŞ birjalarını çökdürdü

  • 12:13 - 24 Avqust

Donald Tramp amerikan şirkətlərini istehsalı Çindən çıxarıb ABŞ-a qaytarmağı, ya da alternativlər axtarmağa çağırıb.

Avropa.info xəbər verir ki, bundan əlavə Tramp 1 oktyabrda etibarən Çin mallarına əlavə rüsum tətbiq edəcəyini bəyan edib. O, “Twitter” hesabında 250 milyard dollarlıq Çin mallarına tətbiq olunan 25%-lik rüsumun 30%-dək qaldırılacağını yazıb. 10% rüsum tətbiq olunan qalan 300 milyard dollar dəyərində Çin mallarına isə 15% rüsum tətbiq olunacaq.

“Çin 75 milyard dollar dəyərində ABŞ məhsullarına (siyasi məqsədlərlə) yeni rüsumlar tətbiq etməməli idi” – Tramp yazıb. 

Tramp yeni rüsumlarla bağlı yazdığı iki tvit ABŞ birjalarının indeksini çökdürüb. İndekslər 3%-də aşağı düşüb.


Oxunma sayı: 4434

Oxşar yazılar