Dünyanın ən çox qazanan aktrisalarının adı açıqlandı

  • 11:32 - 24 Avqust

Skarlet Yohansson “Qara dul” və “Qisasçılar: Final” filmlərində oynadığı rollara görə 56 milyon dollar qazanaraq dünyanın ən çox qazanan aktrisası olub.

Avropa.info xəbər verir ki, Yohansson keçən ildə “Forbes”un reytinqinə başçılıq edirdi. O, ən çox pulu “Qara dul” filmində oynadığı rus casusu Nataşa Romanoff roluna görə qazanıb.

“Fobes”in reytinqində ikinci yeri “Amerikan ailəsi” serialındakı rolundan 44,1 milyon dollar qazanan Sofiya Verqar tutub. Üçüncü yerdə 35 milyon dollar qazancla Riz Uizerspun gəlir. Dördüncü yeri Nikola Kidman, beşinci yeri Cenifer Enistaon tutub.


Oxunma sayı: 4775

Oxşar yazılar