Azərbaycanlı tələbə Gürcüstanda suda boğuldu

  • 11:25 - 24 Avqust

Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.

APA-nın məlumatına görə, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.

Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.


Oxunma sayı: 4005

Oxşar yazılar