Sarkisyan Köçəryanın əmrini ləğv etdi

  • 20:37 - 23 Avqust

Ermənistan Prezidenti Armen Sarkisyan keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın hərbi rütbəsinin əlindən alınması ilə bağlı əmri ləğv edib.

Bu barədə məlumat Ermənistan prezidentinin rəsmi saytında yer alıb.

Qeyd edək ki, Arutyunyan 1999-2000-ci ildə Ermənistanın müdafiə naziri olub. Ermənistan parlamentindəki teraktdan sonra onun o vaxtkı prezident Robert Köçəryanla münasibətləri pisləşib. Müdafiə naziri vəzifəsindən istefa verən Arutyunyan qərbyönlü Respublika Partiyasına qoşulub. Daha sonra Köçəryan onun general-leytenant rütbəsinin əlindən alınması ilə bağlı əmr imzalayıb.

virtualaz.org


Oxunma sayı: 10990

Oxşar yazılar