Hirkan Milli Parkında yanğın tam söndürüldü

  • 19:27 - 23 Avqust

Hirkan Milli Parkının dağlıq ərazisində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə parkın direktoru Azər Mirzəyev Azərtac-a məlumat verib.

O deyib: “Parkın ərazisində yanğın olmasa da, Lənkəran rayonunun Təngivan kəndi ərazisində tüstülənmə var. Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları tüstülənmənin qarşısını almağa çalışırlar. Yanğın söndürülsə də, ərazi nəzarətdə saxlanılır. Burada parkın əməkdaşları tərəfindən növbətçilik təşkil edilib”.

Qeyd edək ki, avqustun 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkında, Lənkəranın Təngivan kəndi yaxınlığındakı dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.

Mürəkkəb relyefli dağlıq ərazidə yanğın 10 hektar ərazini əhatə edib. Təbii fəlakət nəticəsində 3 hektara yaxın meşə ərazisi yanıb.


Oxunma sayı: 3697

Oxşar yazılar