Sabah Fransada G7 sammiti başlayacaq

  • 19:12 - 23 Avqust

Avqustun 24-də Fransanın Biarritz şəhərində 45-ci G7 sammiti başlayacaq.

Sammitdə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderləri təhlükəsizlik, iqlim dəyişikliyi, qadınlara qarşı zorakılıq və cinsi bərabərlik kimi problemləri müzakirə edəcəklər. Dövlət başçılarının, həmçinin Ukrayna, Suriya, İran və Brexit kimi mövzulara toxunacağı da gözlənilir.

Sammit Fransa Prezidenti Emmanuel Makronun qonaqların şərəfinə verəcəyi şam yeməyi ilə başlayacaq.

Zirvə toplantısına BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə birgə Cənubi Afrika, Burkina Faso, Misir, Seneqal, Ruanda, İspaniya, Çili, Hindistan və Avstraliya liderləri də dəvət edilib.

AzərTAc bildirir ki, sammitlə əlaqədar şəhərdə güclü təhlükəsizlik tədbirləri görülüb. Xüsusən terror hücumları ehtimalına qarşı 13 min 200 polis və jandarmla yanaşı, 450 yanğınsöndürən səfərbər olunacaq. Liderlərin qalacağı otelə və şəhərin mərkəzinə gedən yollar nəqliyyatın hərəkətinə bağlanacaq. Şəhər mərkəzinə yalnız icazəsi olan sürücülər və piyadalar girə biləcəklər. Sammit vaxtı şəhərdəki qatar vağzalı və hava limanı da bağlı olacaq.


Oxunma sayı: 4313

Oxşar yazılar