Cavad Zərif Fransa prezidenti ilə görüşdü

  • 18:41 - 23 Avqust

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

“Tasnim” agentliyinin verdiyi xəbərə görə, görüş İran Xarici İşlər nazirinin Fransaya səfəri çərçivəsində baş tutub.

Görüşdən sonra jurnalistlərə açıqlamasında İran Xarici İşlər naziri bildirib ki, bu görüş son həftələrdə Fransa və İran Prezdentləri arasında gedən müzakirənin davamıdır.

“Hərtərəfli Birgə Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Fransa təklif irəli sürdü və biz də eyni zamanda öz təkliflərimizi etdik”, - deyə iranlı nazir bildirib.

Fransa Prezidenti ilə danışıqların “yaxşı və konstruktiv” keçdiyini söyləyən Cavad Zərif qeyd edib ki, bu istiqamətdə bundan sonrakı irəliləyiş  Avropa İttifaqının Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır.

Cavad Zərif Tehranın Hərtərfli Birgə Fəaliyyət Planı ilə bağlı yüksək səviyyəli danışıqlara hazır olduğunu vurğulayıb.

İranın Xarici İşlər naziri Fransa Prezidenti ilə Fars körfəzində və Hörmüz boğazındakı vəziyyəti də müzakirə etdiyini bildirib.

Məhəmməd Cavad Zərif Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drianla da görüşəcək.

APA


Oxunma sayı: 4280

Oxşar yazılar