Prezident İlham Əliyev Ukraynanın dövlət başçısını təbrik edib

  • 18:36 - 23 Avqust

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Avropa.info xəbər verir ki, dövlət başçısı Azərbaycan-Ukrayna əlaqələrinin, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Zelenskiyə ən xoş arzularını yetirib, dost Ukrayna xalqına sülh və firavanlıq diləyib.


Oxunma sayı: 11441

Oxşar yazılar