Qəbələdə dağlıq ərazidə yanğın başladı - Helikopter və təyyarə cəlb edilib

  • 18:00 - 23 Avqust

Qəbələ rayonunda yanğın başlayıb.

Qəbələ rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Solquca kəndində dağlıq ərazi yanır: "Yanğın kolluq ərazidən başlasa da onun meşəyə keçmək təhlükəsi var. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür".

Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğın Mühafizə Xidmətindən isə Trend-ə bildirblər ki, hadisə yerinə canlı qüvvə və texnikalar, həmçinin bir helikopter və bir təyyarə cəlb edilib.


Oxunma sayı: 4357

Oxşar yazılar