Qarabağ müharibəsi veteranları sərhəd diviziyasında olublar – Foto

  • 17:24 - 23 Avqust

Qarabağ müharibəsi veteranlarının və bloqerlərin bir qrupunun müraciəti əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə, təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə səfəri təşkil olunub.

DSX-nin mətbuat mərkəzindən Avropa.info-ya bildiriblər ki, səfər çərçivəsində Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində təmas xəttində yaradılmış sərhəd müdafiə və mühafizə infrastrukturu, sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və istirahət şəraiti ilə yaxından tanışlıq olub, şəxsi heyətə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə təbrik və arzular çatdırılıb.

Müharibə veteranlarına Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının yerli bölmələri ilə Müdafiə Nazirliyinin hərbi hissə və bölmələri arasında yüksək səviyyəli qarşılıqlı əlaqə, yerli icra hakimiyyəti və bələdiyyə orqanları ilə sərhədçilər arasında sıx əməkdaşlıq münasibətləri barədə geniş məlumat verilib. Onlar “Sərhədi bütün xalq qoruyur” ifadəsinin gerçəkləşdirilməsi üzrə görülən işlərlə tanış ediliblər.


Oxunma sayı: 4060

Oxşar yazılar