Səfir: “Hökumətin verdiyi son qərar tamamilə Hindistanın yenidən qurulmasının daxili məsələsidir”

  • 16:39 - 23 Avqust

“Hindistan Konstitusiyasının Cammu və Kəşmirin xüsusi status verən müvəqqəti 370-ci maddəsinin bəzi müddəalarının ləğv edilməsi haqqında Hindistan Hökümətinin son qərarının məqsədi daha yaxşı idarəetmə və sosial-iqtisadi ədalət naminə hökümətin öhdəliyinin yerinə yetirilməsidir”. 

Avropa.info xəbər verir ki, bunu Hindistanın ölkəmizdəki səfiri B.Vanlalvavna Hindistanda Cammu və Kəşmirdə baş verən son hadisələri şərh edərkən deyib. 

Səfir bildirib ki, bu qərar tamamilə Hindistanın yenidən qurulmasının daxili məsələsidir: “Bu qərar heç bir halda Cammu və Kəşmirin sərhədlərini dəyişmir və bu səbəbdən, xarici təsiri və xüsusiyyəti yoxdur. Bundan əlavə, Hindistan konstitusiyasına dəyişiklik xalqın suveren məsələsidir və unikal və yaxud fövqəladə hal deyil, normal prosesdir”. 

Bu qərarın hansı konkret faydalar gətirəcəyi haqqında danışan diplomat vurğulayıb ki, bu qərarla Hindistan höküməti ölkənin digər hissələrində artıq mövcud olan inkişaf və sosal-iqtisadi tərəqqi faydalarını xüsusilə də qadınlar və digər dezavantajlı qruplara daha səmərəli şəkildə çatdıra biləcək. Səfir məşğulluq, əmlakın əldə olunması, məskunlaşma və təhsil təminatlarını məhdudlaşdıran 1954-cü ildə 370-ci maddə əsasında qəbul edilən qərarı da xatırladaraq deyib ki, nəticədə, ştatdan kənar heç bir şirkət və yaxud fiziki şəxslərin Cammu və Kəşmir iqtisadiyyatına sərmayə qoymaq istəməməsi səbəbindən ştatın iqtisadi tərəqqəsinə yatırılan sərmayə ciddi şəkildə məhdudlaşıb: “Həmin 370-ci maddəyə əsasən qeyri-ştat sakinləri ilə ailə quran yerli qadın sakinlər öz əmlaklarını uşaqlarına ötürə bilməzdilər. Həmin maddəyə əsasən həmçinin, ölkənin digər hissələrindən fərqli olaraq Cammu və Kəşmirdə qadınlar yerli orqanlara seçkilərdə təmsil edilməkdən məhrum edilmişdi”. Cammu və Kəşmirin parlaq gələcəyi olduğunu qeyd edən səfir, 370-ci maddənin ləğvi nəticəsində Cammu və Kəşmirdə milli üsullarla qeyri-qənaətbəxş inteqrasiyanın pis təsir etdiyi idarəçiliyin inzibati səmərəlilik və keyfiyyətinin əsaslı şəkildə təkmilləşəcəyini bildirib. Qeyd edib ki, Mərkəzi hökümət tərəfindən əvvəllər ayrılan iri həcmli resurslar ( 2004-2019-cu illər ərzində 40 milyard ABŞ dolları) Cammu və Kəşmirin müvafiq inkişafı ilə nəticələnməmişdir, ölkə əhalisinin təxminən 1 faizini təşkil edən Cammu və Kəşmirə keçən illər ərzində dövlət büdcəsinin 10 faizi davamlı olaraq hökümət tərəfindən ayrılıb. 

Cammu və Kəşmirin hazırkı vəziyyəti haqqında danışan diplomat deyib ki, işıq, su və sanitasiya da daxil olmaqla əsas təchizatların təmin olunub, xəstəxana və tibbi təsisatlar normal fəaliyyət göstərir, dərman çatışmazlığı yoxdur. 19 avqustdan etibarən 190-dan çox ibtidai məktəb və 200-dən çox orta məktəb yenidən açılıb. 

Səfirin sözlərinə görə, hökümətin Cammu və Kəşmirə dair son qərarı nəticəsində heç bir ciddi zorakılıq insidenti baş verməyib, heç bir güllə atılmayıb, can itkisi yoxdur.


Oxunma sayı: 5919

Oxşar yazılar