“Türkiyənin PYD/YPG-ni vurmasına imkan vermirik" – Pentaqon rəsmisi

  • 16:04 - 23 Avqust

Pentaqonun mətbuat katibi Şon Robertson Türkiyə ilə münasibətlərin davam etdiyini və Ankaranın təhlükəsizlik zonası ilə bağlı Suriyanın şimalına hərbi müdaxiləsinin qarşısını aldıqlarını deyib.

Avropa.info xəbər verir ki, bu sözləri Şon Robertson ABŞ-ın “El Hurre” telekanalına verdiyi müsahibəsində deyib. O, məsələ ilə bağlı Türkiyə XİN və ABŞ Dövlət Departamentinin çox gözəl addımlar atdığını açıqlayıb.

Robertson Türkiyə sərhədi ilə terrorçu YPG/PYD arasında təhlükəsizlik zonasının formalaşmasının çox vacib olduğunu qeyd edib.

ABŞ və Türkiyə rəsmiləri iki həftə əvvəl Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılacağını, regiona nəzarət mərkəzinin Urfa şəhərində olacağını açıqlamışdılar. 


Oxunma sayı: 5600

Oxşar yazılar