Şüvəlanda istirahət edən şəxsə hücum: Bıçaqladılar, 2 min avrosunu apardılar

  • 15:57 - 23 Avqust

Şüvəlan çimərliyində insident olub.

"Report" xəbər verir ki, C.Bədəlov adlı şəxs dənizdə çimərkən sahildə olan paltarlarının cibindən pul oğurlandığının şahidi olub.

Oğurluq etmək istəyənlərə yaxınlaşan zaman iki nəfər naməlum şəxs C.Bədəlova bıçaqla xəsarət yetirərək onun cibində olan 2000 avro pulunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5721

Oxşar yazılar