Cəbrayıl və Füzulinin işğal günü Şəhidlər Xiyabanında anıldı – Fotolar

  • 15:05 - 23 Avqust

23 avqust  Cəbrayıl və Füzuli rayonlarının işğal tarixidir. Bu rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür. 

Modern.az xəbər verir ki, Cəbrayıl rayonundan olan ictimai fəallar işğal günü ilə əlaqədar Bakıdakı Şəhidlər Xiyabanında anım mərasimi keçiriblər. 

Mərasimdə ictimai-siyasi fəallar, ziyalılar, Qarabağ əlilləri, müharibə veteranları, rayon sakinləri iştirak ediblər. Şəhidlərin xatirəsi yad edilib, onların məzarı üstünə gül-çiçək dəstələti, əklillər qoyulub. 

Daha sonra Şəhidlər Xiyabanındadakı məşəl kompleksinin qarşısında ictimai-siyasi fəalların çıxışları dinlənilib. Qeyd olunub ki, Cəbrayılın işğalı nəticəsində 52 min 400 sakin doğma yurdundan didərgin düşərək, respublikanın 54 şəhər və rayonunda məskunlaşıb. Cəbrayılın müdafiəsi zamanı 368 nəfər şəhid, 230 nəfər əlil olub, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb.

Çıxışçılar torpaqlarımızın azad edilməsi uğrunda hər bir cəbrayıllının hazır olduğunu, ərazi bütövlüyümüzün bərpası və ədalətsizliyə son qoyulacağı günü səbirsizliklə gözlədiklərini bəyan ediblər…

Tədbirdən fotoları təqdim edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 8614

Oxşar yazılar