Avropanın ən böyük məscidi Məhəmməd peyğəmbərin adını daşıyacaq

  • 14:59 - 23 Avqust

Çeçenistanın Şali şəhərində Avropanın ən böyük məscidinin açılış mərasimi keçirilir.

Avropa.info xəbər verir ki, Çeçenistan dövlət başçısı Ramzan Kadırov məscidin Məhəmməd peyğəmbərin adını daşıyacağını deyib.

“Məscid bu gündən etibarən və həmişəlik qəlbimizə ən yaxın adamın adını daşıyacaq. Məscid Məhəmməd peyğəmbərin adını daşıyacaq” – o, Kadırov deyib.

5 hektarlıq Şali məscidi 30 min nəfər ərazini tutur. Dörd minarəsi olan məscidin hər minarəsinin hündürlüyü 63 metrdir. Qübbənin hündürlüyü isə 43 metrə çatır. Məscidin tikintisi 2012-ci ilin dekabrında başlayıb.

Kadırov məscidin açılışı gününü atası, sabiq prezident Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümünə salıb. Mərasimdə 43 dövlətdən 200 nəfərin iştirakı gözlənilir. 


Oxunma sayı: 6722

Oxşar yazılar