ABŞ YPG/PKK-ya daha 60 maşın silah-sursat göndərdi

  • 13:33 - 23 Avqust

ABŞ PKK-nın Suriya qolu YPG terror təşkilatının regiondakı bazalarına 60 yük maşını dolu silah və ləvazimat göndərib.

Avropa.info xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, 60 yük maşını dünən axşam radələrində Suriya-İraq sərhədində yerləşən Simelka sərhəd-keçid məntəqəsindən keçərək Suriyaya daxil olub.

Konvoyda prefabrik evlər, beton bloklar və uzun maşınlar müşahidə edilib.

Xatırladaq ki, 2015-ci ildən bu yana İŞİD-lə mübarizəni bəhanə edərək, YPG/PKK-ya hərbi dəstək verən ABŞ-ın Suriyada 18 hərbi bazası və 2 min nəfərədək hərbi personalı var.


Oxunma sayı: 5787

Oxşar yazılar