Məkkədə beynəlxalq Qurani-Kərim müsabiqəsi keçiriləcək

  • 12:51 - 23 Avqust

Səudiyyə Ərəbistanının Məkkə şəhərində beynəlxalq Qurani-Kərim müsabiqəsi keçirilcək.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Xudeyr Avropa.info-ya açıqlama verərək bildirib ki, 7-11 sentyabr 2019-cu il tarixində Məkkeyi-mükərrəmədə Qurani-Kərimin hafizliyi, tilavəti və təfsiri üzrə 41-ci Beynəlxalq Kral Əbdüləziz Müsabiqəsi təşkil olunacaq. 

Səfir qeyd edib ki, müsabiqə İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun himayəsi altında keçiriləcək. 

Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Dəvət və İrşad Nazirliyi tərəfindən təşkil ediləcək bu müsabiqənin məqsədi Qurani-Kərimin təbliği və Allah Kitabına marağın artırılmasıdır. 

Səfirin sözlərinə görə, daha əvvəlcədən elan edildiyi kimi, bu müsabiqədə iştirak etmək istəyənlər 25 avqust 2019-cu il tarixinə kimi qeydiyyatdan keçərək, sənədlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


Oxunma sayı: 6249

Oxşar yazılar