Qayınatasını döyən beşqat dünya çempionu hakim qarşısına çıxarıldı

  • 12:16 - 23 Avqust

Bakı Apellyasiya Məhkəməsində beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən verilən apellyasiya şikayətləri və apellyasiya protesti ilə bağlı ilkin baxış iclası keçirilib.

Avropa.info "Report"a istinadla xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası avqustun 29-na təyin edilib.

Qeyd edək ki, qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə E.Məcidova soyuq silah gəzdirmə əməli üzrə bəraət verib, xuliqanlıq və qəsdən ağır xəsarət yetirməyə görə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti və zərərçəkmişlər və E.Məcidov isə apellyasiya şikayəti verib.

Qeyd edək ki, "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri olan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur. 


Oxunma sayı: 3180

Oxşar yazılar