Həzrəti Əbubəkr dualarla yad edildi

  • 12:13 - 23 Avqust

 Son peyğəmbər Həzrəti Məhəmmədin Mədinəyə hicrəti zamanı yol yoldaşı və dostu olmuş birinci xəlifə Həzrəti Əbubəkr vəfatının 1385-ci ildönümündə yad edilir.

Avropa.info xəbər verir ki, 573-cü ildə Məkkədə anadan olan Həzrəti Əbubəkrin ana və atasının mənsub olduğu Bəni-Teym qəbiləsinin soyu Mürrə bin Kabda Həzrəti Məhəmmədin ata nəsli ilə birləşir.

İslam tarixi mənbələrində onun haqda daha çox “gözəl, əsil-nəcabətli, qədim və azad olunmuş” kimi mənalarına gələn “Atik” ləqəbi işlədilir. Həzrəti Əbubəkrin Məhəmməd peyğəmbərin “Sən Allahın cəhənnəmindən azad etdiyi kimsəsən” tərifinə layiq olduqdan sonra bu adla çağırıldığı bildirilir.

İsra-Mirac möcüzəsi başda olmaqla qeyblə bağlı xəbərləri heç tərəddüdsüz qəbul etdiyi üçün, Həzrəti Məhəmməd tərəfindən “Çox səmimi, çox sadiq” mənasına gələn “Sıddık” ləqəbi verilən Həzrəti Əbubəkrin müsəlman olmasından sonra Məkkə dövründə islamiyyətin yayılmasında böyük təsiri olub.

Həzrəti Əbubəkr Məkkə dövründə qureyşli müşriklərin ağır işgəncələrinə məruz qalan müsəlman kölələr ilə əcnəbi kişi, qadın, zəif və gücsüz olan bir çox şəxsi böyük pullar qarşılığında satın alaraq azad edib. 


Oxunma sayı: 6458

Oxşar yazılar