Diqqət! Bakıda bəzi küçələrdə rənglənmə işləri aparılacaq

  • 12:02 - 23 Avqust

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov bağının ətrafı, Səid Rüstəmov və Əhməd Cavad küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Avropa.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur


Oxunma sayı: 3444

Oxşar yazılar