“Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi” – Qabil Hüseynli

  • 11:50 - 23 Avqust

"Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" təyyarəsinin quşla toqquşmasını şübhə ilə qarşılamağın əsası yoxdur”.

Avropa.info xəbər verir ki, bu sözləri Unikal.org-a həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, politoq Qabil Hüseynli deyib. 

O, insanlara müraciət edərək bildirib ki, Müdafiə Nazirliyinin "Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyi və nəticəsini hamı qəbul etməlidir.  

Q.Hüseynli Rəşad Atakişiyevin nəşi tapılıb gətirildikdən sonra, mərhumun nəşini gördüyünü deyib: "Rəşad Atakişiyevin əzalarının hər biri yerində idi. Suyun altında uzun müddət qalması səbəbindən orqanizimi müəyyən qədər deformasiyaya uğuramışdı. Bütövlükdə görüntüsü tam tanınırdı”.


Oxunma sayı: 4313

Oxşar yazılar