Hacıqabulda ağır qəza: 8 yaralı - 2 nəfərin vəziyyəti ağırdır

  • 11:40 - 23 Avqust

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına müraciət edib.

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaş), 3 nəfər isə kişidir. Onlar 43, 47 və 14 yaşlı şəxslərdir. 

Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir. Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir. 

Qeyd edək ki, bu gün Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb. Hadisə Bakı-Qazax avtomobil magistralının Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Oxunma sayı: 3565

Oxşar yazılar