Rusiya müxalifətinin lideri azadlığa buraxıldı

  • 11:19 - 23 Avqust

Rusiyalı müxalifətçi Aleksay Navalnı razılaşdırılmamış aksiyaya görə aldığı 30 günlük həbs cəzasından sonra azadlığa buraxılıb.

Avropa.info xəbər verir ki, bu barədə onun nümayəndəsi Kira Yarmış məlumat vverib.

Qeyd edək ki, son 1 aydır ki, müxalif namizədlərin Moskva dumasına seçkilərə buraxılmamasına etiraz olaraq Moskva şəhərində aksiyalar keçirilir. 

Ümumilikdə, son həftələr ərzində polis 2000-dən çox adamı saxlayıb. Onların bəzilərinə kütləvi iğtişaşların təşkili və iştirak ittihamı irəli sürülüb. Aksiyalar zamanı polis iştirakçılara qarşı gücdən istifadə edib.


Oxunma sayı: 4280

Oxşar yazılar