Dünya baş nazirin bu hərəkətindən danışır – Rəsmi görüşdə ayağını masanın üzərinə qoydu (Foto)

  • 11:09 - 23 Avqust

İngiltərənin yeni baş naziri Boris Conson Almaniya və Fransaya səfəri zamanı görüşlərində rahat hərəkətləri ilə diqqət çəkib. Avropa.info xəbər verir ki, baş nazir seçildikdən sonra ilk xarici səfərə Almaniyaya gedən Conson burada Merkellə qatıldığı rəsmi mərasimdə əlləri arxasında yeriyib. 

Bu gün isə Fransa görüşləri üçün Parisdəki Yelisey sarayında Emmanuel Makronla bir araya gələn Conson ayaqlarını bir anlığa masaya uzadıb geri çəkib. O anlar kameranın yaddaşına tuş gəlib. Baş nazirin bu hərəkəti medianın və sosial şəbəkələrin ən çox müzakirə etdiyi mövzuya çevrilib. Əsas xəbərlərdə Borisin rahatlığı və əslində, bunların bir mesaj olduğu qeyd edilib.


Oxunma sayı: 10132

Oxşar yazılar