CNN: Tramp Türkiyəyə “Patriot” satışı təklifindən rəsmi şəkildə imtina etdi

  • 11:03 - 23 Avqust

ABŞ-ın CNN telekanalı Dövlət Departamentində işləyən yüksəkvəzifəli şəxsə istinadən verdiyi məlumatda Tramp Türkiyəyə edilən “Patriot” HHM sisteminin satış təklifini rəsmi şəkildəgeri qaytarıb.

Avropa.info xəbər verir ki, bu addımın Türkiyənin S-400 HHM sistemi almasına cavab olaraq atıldığı bildirilir.

“S-400-lərin təhvili halında son “Patriot” təklifimizi geri qaytaracağımızı Türkiyəyə mütəmadi olaraq dedik. “Patriot” təklifimizin vaxtı başa çatdı” – mənbə belə deyib.

Dövlət Departamenti keçən ilin dekabrında 3,5 milyard dollarlıq “Raytheon Patriot” raket sisteminin Türkiyəyə mümkün satışına icazə verdiyini açıqlamışdı.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Türkiyənin “Patriot” əvəzinə S-400 sistemini satın almasından Barak Obama hakimiyyətini məsul saymışdı.


Oxunma sayı: 4357

Oxşar yazılar