Taxta bazarındakı yanğınla əlaqədar xəstəxanaya aparılanlar evə buraxılıb

  • 11:04 - 23 Avqust

Dünən "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları artıq xəstəxanadan buraxılıb.

Səhiyyə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Hal hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur.

Qeyd edək ki, avqustun 22-də “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Tikinti materialları bazarında baş verən yanğında bir neçə nəfər xəsarət alaraq, xəstəxanaya çatdırılıblar.

Baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.


Oxunma sayı: 3477

Oxşar yazılar