Ərdoğanın partiyasından Elçibəy mesajı : "Dostluq sonradan tanışlıqla olur, biz qardaşıq" (FOTO)

  • 10:47 - 23 Avqust

Türkiyənin hakim partiyası AK Partiyanın sədr müavini və partiya sözçüsü Mahir Ünal tvitter hesabından Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı mesaj yayıb. 

Avropa.info xəbər verir ki, Mahir Ünal Elçibəyin "Yəmən türküsü" ifa etdiyi bir videonu  paylaşaraq bunları yazıb.

"Bir türkü sizə eyni duyğuları yaşadır və gözyaşlarınızı axıdırsa bu bir qardaşlıq göstəricisidir. "Biz dostuq" deyildiyində, "Dostluq sonradan tanışlıqla olur, biz qardaşıq" cavabını verən Əbülfəz Elçibəy və yəmən türküsünü oxuyan Şükrü Karaca ağabəyim, məkanınız cənnət olsun."

Ceyhun Aşirov adlı şəxsin şəkli.

Oxunma sayı: 15390

Oxşar yazılar