Əliməmməd Nuriyev icraçı direktor seçildi

  • 19:43 - 22 Avqust

Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsi - “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinə (İB) yeni icraçı direktor seçilib.

İcraçı direktor Rəna Səfərəliyeva vəzifəsindən ayrılıb. O, bunu ekspert fəaliyyətilə məşğul olmaq istəməsi ilə izah edib.

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin iclası keçirilib. İdarə Heyətinin qərarına əsasən, İB-nin icraçı direktoru vəzifəsinə hüquq müdafiəçisi Əliməmməd Nuriyev seçilib.

Ə.Nuriyev bu təyinata qədər “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi İdarə Heyətinin üzvü olub.

Report


Oxunma sayı: 9406

Oxşar yazılar