Bakıda taxta bazarında yanğın söndürüldü

  • 19:10 - 22 Avqust

Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, yanğın üç saatdan çox davam edib: "Yanğının sahəsi, təxminən, 1500 kvardratmetrdən artıqdır. Yanğının söndürülməsinə 32 texnika, 250-dən artıq canlı qüvvə cəlb olunub". 

Nazir müavini bildirib ki, bazardakı yanğın zamanı ciddi xəsarət alan olmayıb: "Yanğın barədə məlumat daxil olan kimi, dərhal yanğın bölmələri hadisə yerinə cəlb olunub. Buraya yaxın ərazidə yanğından mühafizə bölmələrimiz var. Ona görə də əməkdaşlarımız hadisə yerinə vaxtında çatıblar. Burada əsas məsələ suyun çatışmazlığı olub. Biz suyu öncədən daşıma yolu ilə əldə etdik. Yanğın tam söndürülüb. Yayılma təhlükəsi yoxdur".

Report


Oxunma sayı: 3169

Oxşar yazılar