ABŞ-Venesuela gizli danışıqları nə barədə aparılır...

  • 22 Avq - 2019

ABŞ Prezidenti Donald Trampın  administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun yaxın adamları ilə danışıqlar aparır, onun prezidentlikdən getməsi, ölkədə azad seçki keçirilməsi şərtlərini razılaşdırmağa çalışır.

Bu haqda “The Wall Street Journal” qəzeti danışıqlarda iştirak edən venesuelalılara istinadla yazıb. Maduro hökumətini Birləşmiş Ştatlar və onlarla ölkə tanımır.

Danışıqlarda ölkənin konstitusion assambleyasının rəhbəri Diosdado Kabellonun iştirak etdiyi vurğulanır. O, narkotik qaçaqçılığında şübhəli sayılaraq Amerika sanksiyalarına məruz qalmışdı. Qəzet yazır ki, danışıqlar ilkin mərhələdədir və məqsəd ölkədəki siyasi böhranı sülh yoluyla həll etməkdir.

Kabello və Venesuela tərəfdən danışıqlara qatılmış digərlərinin niyyəti Amerika və beynəlxalq ictimaiyyətdən ölkədən qalmağa təminat almaqdır. Sülh prosesi nəticəsində hakimiyyətə gələcək şəxslər də bu təminatlara hörmətlə yanaşmalıdır, məqalədə deyilir.

Maduronun yaxın ətrafıyla kontaktlar haqda informasiya ilk dəfə elə Donald Tramp-ın özündən sızıb. Sonradan Maduro da təmasları təsdiqləyib.

“The Wall Street Journal” yazır ki, Kabello ilə danışıqlar Tramp administrasiyasının Maduronu istefaya məcbur etmək cəhdlərinin dayandığını, indi onların prosesə Venesuela hakimiyyətinin digər mərkəzlərini cəlb etməyə çalışdığını göstərir.

ABŞ Venesuelanın neft sənayesinə, hökumətin və ordunun nüfuzlu üzvlərinə sanksiyalar tətbiq edib, ölkənin qanuni lideri saydığı Xuan Quaydonun hakimiyyətə yolunu açacaq demokratik seçki keçirilməsinə çalışır.

Virtualaz.org


Oxunma sayı: 529

Oxşar yazılar