“Qarabağ” üçün çətin qarşılaşma – Mübarizə başlayır
- 17:49 - 22 Avqust
Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” klubu bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq.
Axar.az xəbər verir ki, Ağdam klubu Şimali İrlandiya səfərində “Llinfild”lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Cavab qarşılaşması isə avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, “Qarabağ”ın heyətində Almeyda, Rahil Məmmədov, Bədavi Hüseynov, Maksim Medvedyev və Slavçev kimi futbolçular bugünkü oyunda yer almayacaqlar.