Bakıda otuz qadına qarşı əxlaqsızlıq edən bu imiş – Foto

  • 17:36 - 22 Avqust

Bakıda qadınlara qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Rauf Süleymanovun cinayət işi üzrə ibtidia istintaqı başa çatıb.

Avropa.info "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd Quliyevun icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən Rauf Süleymanov rayon ərazisində yetkinlik yaşına çatmayan bir qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinib.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, əsasən, səhər saatlarında azyaşlılara və qadınlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edib. 

Rauf Süleymanov Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

O, ifadəsində Xətai, eləcə də ətraf rayonların ərazisində 30-a yaxın şəxsə qarşı bu cür hərəkətlər etdiyini bildirib.

Hazırda cinayət işində iki zərərçəkmiş qadın var. 


Oxunma sayı: 5127

Oxşar yazılar