Nazirlik yanğın yerinə 4 briqada göndərdi

  • 16:42 - 22 Avqust

“Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar təcili yardıma saat 15.12-də çağırış daxil olub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Avropa.info -ya verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. 

Hələlik təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə xəbər veriləcək.


Oxunma sayı: 2927

Oxşar yazılar