Bakıda bazarda güclü yanğın, FHN əməkdaşı xəsarət aldı – Video (Yenilənb)

  • 22 Avq - 2019

Nərimanov rayonunda "taxta bazarı" kimi tanınan yerlə üzbəüz obyektdə baş verən yanğınla bağlı hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib.

Bu bərədə Avropa.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa, bu barədə əlavə məlumat veriləcək.

***

"Baksol" yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Avropa.info-ya verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.

***

Bakıda tikinti materiallarının satışı ilə tanınan "Taxta Bazarı"nda yanğın başlayıb.

Avropa.info Azxeber.com-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi və yanğının əhatə elədiyi ərazi ilə bağlı konkret məlumat yoxdur.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və çoxlu sayda texnika cəlb edilib. 


Oxunma sayı: 881

Oxşar yazılar