Ərdoğan 127 general və admiralı vəzifəyə təyin etdi

  • 12:37 - 22 Avqust

Ali Hərbi Şuranın təqdimatı əsasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncamla 127 general və admiral yeni vəzifəyə təyin olunub.

Avropa.info xəbər verir ki, Quru Qoşunları Komandanlığında 75, Dəniz Qüvvələri Komandanlığında 25, Hava Qüvvələri Komandanlığında 27 komandir təyinat alıb. Ordu komandanlıqlarında ordu generalı rütbəsi daşıyan zabitlərin yerinə general-leytenant rütbəsi daşıyan zabitlər təyin olunub. 2-ci Ordu, 3-cü Ordu və Egey Ordu komandanlıqlarına təyinatlar həyata keçirilib. Sərəncamla verdiyi qərarlar təsdiqlənib.

General-leytenant Şərəf Öngay 3-cü Ordu, general-leytenant Əli Sivri Egey Ordu, general-leytenant Yavuz Türkgənci Quru Qoşunları EDOK Komandanlığına gətirilib.


Oxunma sayı: 6480

Oxşar yazılar