Türkiyə PKK-ya qarşı əməliyyat keçirdi – Bir gündə 7 terrorçu məhv edildi

  • 22 Avq - 2019

Türkiyə Jandarma Komandanlığının və polisin keçirdiyi əməliyyat nəticəsində Mardin vilayətinin Savur rayonunda 5 terrorçu zərərsizləşdirilib.

Avropa.info xəbər verir ki, məlumatı Türkiyə DİN yayıb. Regionda əməliyyatların davam etdiyi bildirilir.

Daha iki PKK üzvü terrorçu Sırnak vilayətinin Silopi rayonunda zərərsizləşdirilib. 

Xatırladaq ki, dünən axşam terrorçuların açdığı atəş nəticəsində üç türk hərbçisi şəhid olmuş, üçü yaralanmışdı. Yerləri qısa vaxt ərzində müəyyən edilən və hava hücumu zərbəsi ilə 2 terrorçu məhv edilib.


Oxunma sayı: 628

Oxşar yazılar